Əliyevin oğlunun rəsmi dövlət müşavirəsində iştirakı varislik barədə spekulyasiyalar yaradıb

Əliyevin oğlunun rəsmi dövlət müşavirəsində iştirakı varislik barədə spekulyasiyalar yaradıb Foto: Unikal az
30 Sentyabr 2024
Mətni dəyiş

Azərbaycan prezidenti İlham Əliyevin 27 yaşlı oğlu Heydər Əliyevin iqtisadi məsələlər üzrə müşavirədə iştirak etməsi onun artan siyasi təsiri və gələcəkdə Azərbaycan siyasətindəki rolu barədə suallar doğurub

Oğul Heydər Əliyev ötən cümə axşamı iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Nazirlər Kabineti üzvləri və ölkənin birinci vitse-prezidenti olan anası Mehriban Əliyeva ilə birgə iştirak edib.

Onun müşavirədəki rolu ilə bağlı rəsmi açıqlama verilməyib, amma “Turan”ın məlumatına görə, bəzi xəbərlərdə İqtisadiyyat Nazirliyində vəzifə tutduğu iddia edilib.

Heydər Əliyevin bu il həm dövlət, həm də ictimai tədbirlər zamanı daha çox görünməsinin ardınca sözügedən müşavirədə iştirakı onun artıq Azərbaycan rəhbərliyində hansısa rola hazırlandığına dair spekulyasiyalara səbəb olub.

İlham Əliyev də 2003-cü ildə baş nazir təyin edilənə qədər bir sıra dövlət iclaslarına atası - dövrdə prezident olan Heydər Əliyevlə birgə qatılmışdı. O zaman Heydər Əliyev jurnalistlərin İlham Əliyevə prezidentlik postunu verəcəksinizmi? sualını cavablamaqdan imtina etmiş və bu cür ifadələrin “müxalifət liderlərinin dedi-qodusu”ndan qaynaqlandığını bildirmişdi.

Lakin 2003-cü ildə Heydər Əliyevin səhhəti pisləşəndə, oğlu İlham Əliyev bnazir təyin olundu. Həmin ilin prezident seçkilərində o, 75%-dən çox səslə dövlətbaşçısı postunu tutdu. Müşahidəçilər isə bu seçkilərin saxtakarlıqla keçirildiyini iddia etdilər.

Oğul Heydər Əliyev ilk dəfə 2010-cu ildə 12 yaşında ikən ictimaiyyətin diqqət mərkəzinə gəlib. O zaman yerli və beynəlxalq medianın yazdığına görə, 2009-cu ildə o, Dubayda təxminən 44 milyon dollar dəyərindəi 9 sahilyanı malikanə sahib olub. Bu məbləğin orta statistik Azərbaycan vətəndaşının “təxminən 10 000 illik əmək haqqı dəyərinə bərabər olduğu bildirilirdi.

Oğul Heydər Əliyev 2017-ci ildə ADA Universitetini bitirib. Bu ali təhsil müəssisəsi Azərbaycanın bir çox tanınmış diplomatı və dövlət məmurunu yetişdirməsi ilə məşhurdur. Universitetin təsisçisi və rektoru Mehriban Əliyevanın əmisi Hafiz Paşayevdir. Mehriban Əliyeva özü də universitetin təsisçilər şurasında yer alır.

Heydər Əliyevin cümə axşamı müşavirədə iştirakı onun həm hökumət tədbirlərində, həm də ictimai tədbirlərdə artan görüntüsü fonunda baş verib.

Bu ilin yanvarında kiçik o, atası, prezident İlham Əliyevlə birgə Birləşmiş Ərəb Əmirliklərinin şeyxi Məhəmməd bin Zayed Əl Nahyan ilə birbaşa danışıqlarda da iştirak edib. İki ölkənin yüksək vəzifəli rəsmilərinin iştirak etdiyi bu iclas oğul Heydər Əliyevin beynəlxalq səhnədəki ən mühüm iştiraklarından biri olub.

Bu ilin fevralında, o, atasını bir sıra hərbi tədbirlərdə, o cümlədən Azərbaycan Hava Qüvvələrinin obyektinə baş çəkərkən müşayiət edib.

Ata və oğul Əliyevlər bu yaxınlarda Qarabağ Universitetinin açılış mərasimində də iştirak ediblər.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun