Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Seçmə mərhəlinin ilk matçında səfərdə San Marino millisindən üstün olan Robert Prosineçkinin yetirmələri ardıcıl ikinci qələbəsini qazanıb. Norveç ilə Olimpiya stadionunda qarşılaşan milli komanda 11-ci dəqiqədə Maksim Medvedevin qolu ilə hesabda önə keçib və görüşün sonuna qədər qol buraxmayaraq növbəti xallarını əldə edib.
San Marino və Norveç qələbələri ilə 6 xala sahib Azərbaycan yığma komandası növbəti matçını 3 gün sonra səfərdə Çexiya komandası ilə keçirəcək.
Qeyd edək ki, milli komandamız Avropa və Dünya çempionatları tarixində ən yaxşı başlanğıca imza atıb. Millimiz 1994-cü ildən qatıldığı rəsmi yarışların heç birində startda iki oyunda qalib gəlməmişdi.
20:00 Azərbaycan - Norveç - 1:0
Qol: Maksim Medvedev, 11 (1:0)
[embed]https://www.youtube.com/watch?v=a2hWUkBOzTU[/embed]