4 Oktyabr 2016
Mətni dəyiş
FİFA prezidenti Gianni Infantino 32 komandanın qatıldığı Dünya Çempionatına 2026-cı ildən başlayaraq 48 komandanın qatılması istiqamətində plan hazırladıqlarını açıqlayıb.
Gianni Infantino FIFA rəhbərliyi yarışındakı seçki vədlərindən olan Dünya Kubokunda komanda sayının artırılması məsələsini yenə gündəmə daşıyıb. Kolumbiyanın paytaxtı Bogota şəhərinə səfəri zamanı mətbuata açıqlamalar verən Infantino, Dünya Kubokunun 48 komanda ilə təşkil edilməsi istiqamətində hazırlıqların başladığını bildirib.
"16 komanda qruplara birbaşa qatılacaq"
Infantinonun planına görə; turnirə gedəcək komandalardan 16-sı qruplarda oynamağı əvvəlcədən təmin etmiş olacaq. Digər 32 komanda isə tək matçlıq seçmə sistemiylə mübarizə aparacaq. Buradan gələn 16 komanda birbaşa qruplara gedən 16 milli ilə birləşib mövcud 32 komandalı formatı tamamlamış olacaq. Dünya Kubokunu bir şənlik olaraq görən FİFA prezidenti Infantino bu vəziyyətə "Şənliyə 48 komanda gedəcək, amma Dünya Kubokuna yenə 32 komanda qatılacaq" şəklində izah verib.
"FİFA-nın məqsədi futbolu inkişaf etdirməkdir"
48 komandalı Dünya Kubokunun 2022-ci ildə Qətərdə keçiriləcək turnir sonrası planlaşdıran Infantino "FİFA-nın məqsədi Dünya Kubokunu və futbolu inkişaf etdirməkdir. Dünya Kuboku bir turnirdən daha çox məna ehtiva edir. Bu sosial və mədəni bir tədbirdir", - deyə qeyd edib.
"Matç sayı 64-dən 80-ə yüksələcək"
Yeni plana görə 64 olan matç sayı 80-ə yüksələrkən, bu da yayım və marketinq üçün daha çox gəlir mənasını verir. Rəsmi hesabatlara əsasən, Braziliya 2014 Dünya Kubokunda FIFA-dan 5 milyard dollar gəlir əldə etmişdi.
"Zürih şəhərində keçiriləcək iclasda müzakirə ediləcək"
FİFA-nın 13-14 Oktyabrda Zurih şəhərində təşkil ediləcək yığıncağında Dünya Kubokuna qatılacaq komanda sayı və çempionatın ortaq şəkildə təşkil edilməsi mövzuları da müzakirə ediləcək. Infantino 48 komandalı Dünya Kuboku üçün son qərarın yanvar ayında keçiriləcək yığıncaqda veriləcəyini ifadə edərkən, "Bu tərz fikirlərdə müzakirə ən yaxşı qərarı müəyyən edir. Biz 2017-ci il ərzində format dəyişikliyi ilə əlaqədar işləri bitirmək istəyirik", - deyə çıxışını yekunlaşdırıb.
Xatırladaq ki, Infantino adı korrupsiya və rüşvət iddialarında hallanan Zepp Blatterin yerinə bu il FIFA prezidenti seçilib.
Dünya Kubokunda iştirak edən komanda sayı 1998-ci ildə 24-dən 32-yə çıxardılmışdı. Daha əvvəl UEFA-da katib vəzifəsində çalışan 46 yaşlı Gianni FIFA prezidentliyinə namizədliyi irəli sürərkən, çempionata qatılacaq ölkə sayının artması və birdən çox ölkədə təşkil edilməsi kimi vədlər vermişdi.