10 Oktyabr 2016
Mətni dəyiş
"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibəsində komandanın hazırkı durumu və Azərbaycan futbolu barədə açıqlamalar verib.
- Azərbaycan Premyer Liqasında işləriniz necədir?
- Azərbaycan çempionatında nəfəsini dərməyə vaxt yoxdur. "Qarabağ" ölkə çempionudur və fikrimcə, Ukrayna çempionatında mükafatçı üçlükdə dəmir kimi olardı. Buna heç bir şübhəm yoxdur. "Qəbələ də zəif deyil.
- Komandanızın hazırkı büdcəsini "Çernomorets"dəki ilə müqayisə edə bilərsiniz?
- Bəli, bizim büdcə "Şaxtyor" və Kiyev "Dinamo"suna çata bilməz. Amma bu barədə danışmaq istəməzdim. Çünki bu, sadəcə, mənim işim deyil. Sizə onu deyə bilərəm ki, "Çernomorets"dəki şərait indiki "Qəbələ"dən 3 dəfə yaxşı idi. Mən avrokuboklarda oynadığımız illəri deyirəm. Maliyyə şərtləri buradakından 3 dəfə yüksək idi. "Qəbələ"də çıxış etmiş bütün ukraynalılar əvvəllər "Çernomorets"də aldıqlarından 3 dəfə az qazanırdılar. Biz hazırda büdcəyə dəqiqliklə əməl edirik. Mövsümün əvvəlində bilirdik ki, büdcəmiz azalacaq. Buna müdaxilə edə bilmərəm. Yəqin ki, hansısa problemlər var. İndi elə təəssürat yaranıb ki, böhran hər yerdə var.
- "Qəbələ"yə niyə getdiniz?
- Ona görə ki, avrokuboklarda oynaya biləcəyimizi anlayırdım. Bu, məndə əvvəllər də alınmışdı. "Çernomorets"də isə başa düşürdüm ki, bunun öhdəsindən gəlmək çətin olacaq. Həmin vaxt orada vəziyyət daha pis idi. Hesab edirəm ki, komanda avrokuboklarda oynamırsa, bu, yarımçıq futbol həyatıdır.
- Əmin idinizmi ki, avrokuboklarda çıxış edəcəksiniz?
- Ümid və qarşımızdakı tapşırıqları yerinə yetirərək, hədəflərimizə nail olacağımıza şəraitin olduğunu anlayırdım.
- Hazırkı işinizdən razısınız?
- Ümumiyyətlə, "Qəbələ"də işləmək mənim üçün çox maraqlıdır. Mən bizə keçən dəfə dəhşətli dərəcədə çətin görünən mərhələni çox gözləyirəm. Bizə çox çətin idi. Çünki həm Avropa Liqasının qrup mərhələsində, həm də çempionatda oynayırdıq. Başa düşürəm ki, bu dövrü ötənilkinə nəzərən sürətlə keçməliyik. Həqiqəti deməliyəm və etiraf edirəm: "Qarabağ" bizdən güclü komandadır. Bunu açıq deyirəm. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Amma fikrimcə, biz bu il daha güclü olduğumuzu sübuta yetirəcəyik.
- "Qəbələ"ni ömürboyu işləmək istədiyiniz komanda adlandıra bilərdiniz?
- Belə şeyləri heç kim deyə bilməz. Digər tərəfdən, top-klub səviyyəsində komandada işləmək istəmədiyimi deməyə bilmərəm. "Qəbələ" sanballı səviyyədədir. Məndən çox şey asılıdır, amma hər şey yox. Hələlik klubla müqaviləm mövsümün sonunadək qüvvədədir.