30 Oktyabr 2016
Mətni dəyiş
Avstriyanın Linz şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun üzvü Rafael Ağayev 5-ci dəfə dünya çempionu tituluna yiyələnib.
75 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Misir təmsilçisi Onar Abdel Rahman ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Ağayev 5-ci dəfə planetin ən yaxşısı adına yiyələnib.
Xatırladaq ki, finala qədər Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistanlı rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib.