21 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa növbəti təyinat alıb.
Abzas.net xəbər verir ki, gənc FİFA referimiz Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Şalke” (Almaniya) – “Nitsa” (Fransa) oyununu idarə edəcək.
Ə.Ağayevə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Görüşdə 4-cü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər qismində təmsil olunacaqlar.
Qeyd edək ki, Ə.Ağayevin idarə edəcəyi oyun 24 noyabrda “Şalke”nin stadionunda keçiriləcək.