7 Noyabr 2016
Mətni dəyiş
"Bursaspor"un hücumçusu Deniz Yılmaz Azərbaycan milli komandasına çağırılması ilə bağlı fikirlərini bildirib.
Futbolçu dəvətlə əlaqədar çox həyəcanlı olmadığını deyib:
"Türkiyə millisinə çağırıldığım kimi yüz faiz həyəcan hiss etmirəm. Amma çox sevinirəm.Yeni bir mühitə girirəm. Çox xoşbəxtəm. Türkiyənin əsas millisində oynamaq nəsib olmadı. Artıq bütün diqqətimi Azərbaycana yönəldirəm. Əlimdən gələni edəcəyəm. Oyunlarda sona kimi mübarizə aparacağam. Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq".
Qeyd edək ki, D.Yılmaz DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyun üçün ilk dəfə millimizə çağırılıb.