Chapecoense təyyarə qəzası: Braziliya komandası ətrafında futbol mitinqi

Chapecoense təyyarə qəzası: Braziliya komandası ətrafında futbol mitinqi
30 Noyabr 2016
Mətni dəyiş
Dünya futbolu Kolumbiyada təyyarə qəzası nəticəsində komandasının əksər oyunçularını itirən Braziliya klubu ətrafına toplanıb.
77 nəfəri daşıyan təyyarədə yalnız 6 nəfər heyət üzvü qəzadan sağ qurtulub.
Braziliya prezidenti Michel Temer ölkədə 3 günlük milli matəm elan edib. İspaniyanın top komandası olan Real Madrid və Barselona öz məşq oyunlarını bir dəqiqəlik sükutla başlayıblar.
Komanda, onların tarixində böyük bir hadisə olan Copa Sudamericana final oyununa qatılmaq üçün Medellin-ə gedirdi.
Onların oponenti olan, Kolumbiyanın Atletico Nacional komandası Chapecoense-ni qalib elan etmək üçün güzəştə getməyi təklif edib.
Tvit hesablarında komanda fanatlardan xahiş edib ki, ağ geyinərək oyunun təyin olunduğu vaxtda meydana gəlsinlər.
Birgə bəyanatda Braziliyanın birinci diviziya komandası Chapecoense komandasına pulsuz oyunçular təklif edib.
%d0%b22
Bir neçə məşhur futbolçular, Barselona ulduzları, Lionel Messi və Neymar, Manchester United-dan Wayne Rooney da oyunçuların xatirəsini anıb.
Kolumbiya aviasiya rəsmiləri deyib ki, təyyarə göyərtəsində 21 nəfər jurnalist də olub və hər iki qara qutu tapılıb.
Təyyarə Medelinə yaxınlaşdığı an yerdəki idarəediciylə əlaqəsini itirib və bir qədər sonra pilot elektrik kəsintisi haqda məlumat verib. Təyyarə dağlıq ərazidə qəzaya uğrayıb.
Xilas olan 6 nəfərdən 3-ü futbolçudur.
Göyərtədə olan 21 jurnalistdən altısı Fox Sports Brasil-in əməkdaşı, digərləri isə Globo media təşkilatı üçün çalışanlar olub.
%d0%b25Təyyarə Braziliyadan Boliviyaya uçurdu
1973-cü ildə təsis olunan futbol komandası 2014-cü ildən etibarən Bariziliyanın A Seriyasında oynayırdı və indi Sao Paulo, Fluminense və Cruzeiro kimi məşhur komandalardan 9 pillə öndədir.
Klubun təsisçilərindən biri, Alvadir Pelisser, BBC-yə deyib ki, bu faicə "hər kəsin arzularına son qoydu". "Biz ailə idik, mən şokdayam."

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun