19 Noyabr 2016
Mətni dəyiş
2016-cı ilin dünya şahmat çempionluğunu müəyyənləşdirmək üçün növbəti şahmat oyunu baş tutub. Nyu-Yorkda baş tutan oyunda rusiyalı Sergey Karjakin-lə norveçli Magnus Carlsen üz-üzə gəlib.
Ancaq qrossmeyster ararasında keçirilən görüşün VI partiyasında da qalib müəyyənləşməyib. Karjakin-in ağ fiqurlarla oynadığı qarşılaşma 32-ci gedişdə heç-heçə ilə yekunlaşıb.
Bununla da ümumi nəticədə bərabərlik davam edib - 3:3. Çempionun müəyyən olunması üçün növbəti partiya noyabrın 20-də oynanılacaq.
Qeyd edək ki, hazırda dünya çempionu titulu norveçli Magnus Carlsen-ə məxsusdur. O, 2013-cü ildən dünya çempionluğu titulunu əlində saxlayır.