26 Noyabr 2016
Mətni dəyiş
Kuba inqilabının lideri Fidel Castro dekabrın 4-də dəfn ediləcək.
APA-nın məlumatına görə, bu barədə “France-Presse” hökumətə istinadən məlumat verib.
Dəfn mərasimi Santyaqo-de-Kuba şəhərində baş tutacaq.
Qeyd edək ki, Fidel Castro bu gün 90 yaşında dünyasını dəyişib.
2006-cı il iyulun 31-də o, səhhətinin pisləşməsi səbəbindən səlahiyyətlərinin icrasını qardaşı Raul Castro'ya həvalə etmişdi.