18 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanda qarşıdakı 4 ildə idman obyektlərinin tikintisinə xərclənəcək vəsait açıqlanıb. Bu barədə Report xəbər verir.
Məlumata görə, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir ki, gələn il bu xərc 330 milyon 300 min manat olacaq.
2018-ci ildə xərclər 16 milyon 717 min 700 manat, 2019-cu ildə 21 milyon 734 min manat, 2020-ci ildə isə 23 milyon 931 min 100 manat təşkil edəcək. Xərclər əsaslı vəsait qoyuluşu hesabına ödəniləcək.
Belə ki, hökumətin 2020-ci ilə qədər idman obyektlərinin tikintisinə xərcləyəcəyi vəsait 392 milyon manatdan çox olacaq.