İŞİD-in hücumu nəticəsində 125 şiə zəvvar ölüb

İŞİD-in hücumu nəticəsində 125 şiə zəvvar ölüb
26 Noyabr 2016
Mətni dəyiş
"İslam dövləti" qruplaşması (İŞİD) İraqın Kərbəla şəhərindən, Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin qırx mərasimindən qayıdan şiə zəvvarların olduğu ərazidə partlayış törədib.
Partlayış Bağdaddan 100 kilometr aralıda yerləşən Hillada baş verib. Partlayış nəticəsində 125 nəfər ölüb, 100 nəfər yaralanıb. Onların çoxu iranlılardır.
Partlayıcı dolu yük maşını partladılarkən ərazidə ziyarətdən qayıdan 5 avtobus olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun