Kürd deputatlar nədə günahlandırılır?

Kürd deputatlar nədə günahlandırılır?
4 Noyabr 2016
Mətni dəyiş
Türkiyə Böyük Millət Məclisində 59 yeri olan Xalqların Demokratik Partiyasının həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağ-ın da sıralarında olduğu 12 deputat saxlanılıb.
Saxlanılan deputatların "PKK terror təşkilatının təbliğatını aparmaq", "cinayəti və cinayətkarı tərifləmək", "etnik kin və düşmənçiliyə təhrik", "silahlı terror təşkilatına üzv olmaq" və "dövlətin birliyini və bütövlüyünü pozmağa təşəbbüs" kimi ittihamlarla bağlı araşdırma qərarı verilib.
HDP həmsədri  Selahattin Demirtaş:
Cinayət məqsədilə təşkilat qurmaq, terror təşkilatı üzvü olmaq, silahlı terror təşkilatına üzv olmaq, təşkilat adına cinayət etmək, Türkiyə Cümhuriyyətini açıq-aşkar təhqir etmək, terror təşkilatı propaqandası aparmaq, türk millətini, Cümhuriyyəti və Türkiyə parlamentini açıq-aşkar təhqir etmək, prezidentə təhqir, dövlətin hərbi və polis təşkilatlarını açıq şəkildə təhqir etmək, terror təşkilatı PKK propaqandası yaymaq, xalqı kin və düşmənliyə təhrik etmək, dövlət qulluqçusuna vəzifə başında təhqir, 298 saylı seçkilərin təməl prinsipləri və seçici siyahısı haqqında qanuna qarşı durmaq, təşkilata bilərək və istəyərək yardım etmək, 2911 saylı Yığıncaq və Nümayiş yürüyüşləri Qanununa qarşı çıxmaq, təhqir, cinayət, açıq-aşkar təhrik, qanunlara tabe olmamağa açıq təhrik, dövlət qulluqçusu əleyhində böhtan, dövlətin birlik və bütövlüyünü pozmağa təşəbbüs.
HDP həmsədri Figen Yüksekdağ: Cinayət məqsədilə təşkilat qurmaq,  terror təşkilatı propaqandası aparmaq, cinayətə açıq-aşkar təhrik, Türkiyə Cümhuriyyət hökumətini, dövlətini, məhkəmə orqanlarını, hərbi və polis təşkilatlarını açıq-aşkar təhqir etmək, dövlətin birliyini və bütövlüyünü pozmaq, cinayəti və cinayətkarı öymək.
HDP Şırnak millət vəkili Ferhat Encü: Xalqı əsgərlikdən soyutmaq, terror təşkilatı propaqandası aparmaq, xalqı kin və düşmənliyə təhrik etmək, qadağan olunmuş hərbi ərazilərə girmək, dövlət qulluqçusunu icra etdiyi vəzifə səbəbiylə öldürməyə təşəbbüs.
HDP Şırnak millət vəkili  Leyla Birlik:  Terror təşkilatı propaqandası aparmaq, xalqı kin və düşmənliyə təhrik etmək, cinayəti və cinayətkarı öymək, qadağan olunmuş hərbi ərazilərə girmək.
HDP Hakkari millət vəkili Selma Irmak: Terror təşkilatı propaqandası aparmaq.
HDP Hakkari millət vəkili Abdullah Zeydan: Terror təşkilatı propaqandası aparmaq.
HDP Diyarbakır millət vəkili İdris Baluken: Cinayəti və cinayətkarı öymək, terror təşkilatı propaqandası aparmaq, təşkilata üzv olmaqla bərabər təşkilat adına cinayət işləmək, Türk millətini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və orqanlarını açıq aşkar təhqir etmək.
HDP Ankara millət vəkili Sırrı Süreyya Önder: Yığıncaq və Nümayiş Yürüyüşləri Qanununa müxalif, cinayət işləmək məqsədilə təşkilat qurmaq, silahlı terror təşkilatına üzv olmaq, xalqı kin və düşmənliyə açıq-aşkar təhrik.
HDP Diyarbakır millət vəkili  Ziya Pir: Terror təşkilatı propaqandası, silahlı terror təşkilatına üzv olmaq, cinayət işləməyə təhrik etmək.
HDP Mardin millət vəkili Gülser Yıldırım: Terror təşkilatı propaqandası, cinayəti və cinayətkarı öymək.
HDP Diyarbakır millət vəkili Nursel Aydoğan: Təşkilata üzv olmaqla bərabər təşkilat adına cinayət işləmək.
Xarici ölkədə olanlar
HDP Şırnak millət vəkili Faysal Sarıyıldız: Terror təşkilatı propaqandası aparmaq, terror təşkilatına bilərək və istəyərək yardım etmək, xalqı kin və düşmənliyə təhrik, cinayəti və cinayətkarı öymək, silahlı terror təşkilatını silahla təmin etmək.
HDP Van millət vəkili Tuğba Hezer Öztürk: Terror təşkilatı propaqandası aparmaq, xalqı kin və düşmənliyə açıq-aşkar təhrik, cinayəti və cinayətkarı öymək.
Barələrində saxlanılma qərarı çıxarılan HDP Diyarbakır millət vəkili İmam Taşçıer HDP Hakkari millət vəkili Nihat Akdoğan'a qarşı isə məhkəmə prosesi davam edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun