Robert Prosineçki: "Azərbaycan millisi Foqtsun vaxtında futbol oynamırdı"

Robert Prosineçki: "Azərbaycan millisi Foqtsun vaxtında futbol oynamırdı"
15 Noyabr 2016
Mətni dəyiş
"Azərbaycan milli komandasına mənim vaxtında oyun baxımından böyük dəyişiklik oldu. Yığmanın əvvəlki oyunlarını izləmişəm. Onda komanda ancaq müdafiə olunurdu. İndisə belə deyil”.
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki "Xəzər TV”də yaymlanan "Futbol saatı” proqramında deyib.
Xorvatiyalı mütəxəssis özündən öncə bu postda çalışmış almaniyalı həmkarlı Berti Foqtsun vaxtındakı yığmanın çıxışına toxunub: "Milli həmin vaxt futbol oynamırdı. İndisə azarkeşlərin sevdiyi baxımlı oyunu göstəririk. Bu, mənim futbol fəlsəfimdir. Nə qədər ki, burdayam milli baxımlı futbol oynayacaq".
“Şimali İrlandiyaya qarşı tam fərqli oyun üslubunu - texnikalı oyun göstərməyini istədik. Buna görə də belə oyunçulara heyətdə yer verdim. Mən 0:4 hesablı məğlubiyyətdən sonra azarkeşləri, verilən cürbəcür suallar başa düşümürəm və tənqidlərə də hazıram. Uğurlu startımızdan, 3 oyunda 7 xal qazanandan sonra azarkeşlərin iştahası artdı. Mən optimistəm. Qrupda 2-ci yeri tutub final mərhələsinə düşə bilərik. Buna inanıram. Inamasaydım, burada baş məşqçi olmazdım. 6 oyunumuz qalıb, bunun 4-ü evdə olacaq. Almaniyanı çıxsaq, Şimali İrlandiya, Çexiya, San Marinonu evdə qəbul edəcəyik. Bu matçlarda uğurlu nəticə qazansaq, final mərhələsinə vəsiqə qazana bilərik” - deyə, Prosineçki əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun