16 Noyabr 2016
Mətni dəyiş
Moskvanın Basman Rayon Məhkəməsi rüşvət almaqda ittiham olunan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ev dustaqlığının müddəti yanvarın 15-dək müəyyən edilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundn əvvəl Aleksey Ulyukayevi etimadı itirdiyinə görə iqtisadi inkişaf naziri vəzifəsindən azad edib. A.Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in səhm paketinin alınmasına müsbət rəy üçün 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir.