Ukrayna Aİ ölkələri ilə vizasız rejimə keçir

Ukrayna Aİ ölkələri ilə vizasız rejimə keçir
18 Noyabr 2016
Mətni dəyiş
Avopa İttifaqına daxil olan ölkələr Ukrayna ilə vizasız rejimin tətbiqinin təsdiqi ilə bağlı ilkin qərar verib.
"RİA Novosti" agentliyinin xəbərinə görə, Aİ Şurasının bununla bağlı yaydığı bəyanatda deyilir: "Şura Ukrayna ilə vizasız rejimin liberallaşdırılması ilə bağlı danışıqların mövqeyini təsdiq edir".
Qeyd edək ki, ötən ilin dekabrında Avropa Komissiyası bəyan etmişdi ki, Kiyev vizasız rejimə keçidlə bağlı tələb olunan şərtləri yerinə yetirib. Amma müvafiq qərarın qəbulu indiyə qədər ləngiyirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun