Vitse-admiral Clive Johnstone: “Ultra miqrasiya problemi yaşaya bilərik”

Vitse-admiral Clive Johnstone: “Ultra miqrasiya problemi yaşaya bilərik”
20 Noyabr 2016
Mətni dəyiş
NATO Parlament Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasındakı çıxışında  Alyansın dəniz qüvvələri komandanı, vitse-admiral Clive Johnstone deyib ki, ultra miqrasiya problemi yaşaya bilərik.
Aralıq dənizi ətrafında  cərəyan edən və NATOüçün də təhdid yaradan miqrasiya problemi barədə danışan vitse-admiral Johnstone “İndi bir gündə minlərlə insanın qaçqın statusuna düşdüyü bir dönəmdə yaşayırıq. Lazımi tədbirlər görülməsə, gündə 1 milyon insanın miqrasiya edə biləcəyi  vəziyyət yarana bilər ki, bunun adı “ultra miqrasiya olacaq”deyə vurğulayıb.
Çıxışında NATO-Rusiya münasibətlərinə də toxunan ingilis vitse-admiral, Rusiya ilə dialoqun davam etdirilməsinə tərəfdar olduqlarını vurğulayıb:
”Biz Rusiya ilə müzakirələr aparmalıyıq, dialoqu davam etdirməliyik. Ancaq eyni zamanda, Rusiyanın nə etmək istədiyini də anlamalıyıq. Rusiya da atdığı addımlar barədə NATO-nu məlumatlandırmalıdır ”- deyə  vitse-admiral Johnstone bildirib.
Rusiyanın Qara dənizdəki hərbi fəaliyyətlərindən narahatlıq duyduqlarına diqqəti cəlb edən Clive Johnstone, “Qara dənizin  Rusiya dənizi halına gəlməsinə göz yuma bilmərik. Qara dəniz oranın sahilində olan NATO üzvü ölkələrin- Türkiyə, Bolqarıstan və Rumıniya xalqlarının da  müştərək sərvətidir” deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun