Yaponiya lideri Abenin "Trump həvəsi" qursağında qalacaq?

Yaponiya lideri Abenin "Trump həvəsi" qursağında qalacaq?
17 Noyabr 2016
Mətni dəyiş
Yaponiyalı rəsmilər ABŞ-da prezidentliyə seçilən Donald Trumpın görüşəcəyi ilk xarici lider olan Yaponiya baş naziri Şinzo Abe ilə görüşməsinə 1 gün qalmasına baxmayaraq, ikilinin New Yorkda harada və saat neçədə görüşəcəyini bilmədiklərini söyləyib.
Yaponiya baş naziri Abenin Trump haqqındakı bütün müsbət fikirlərinə rəğmən, ABŞ-ın 45-ci prezidenti seçilən Trumpın Abeyə görüş saatı verməməsi müxtəlif düşüncələrin meydana gəlməsinə səbəb olub.
Abe verdiyi açıqlamada, "Trump ilə digər dünya liderlərindən əvvəl görüşəcək olmaqdan çox qürur duydum. Yaponiya-ABŞ ittifaqı yapon diplomatiyası və təhlükəsizliyinin əsas məqsədidir. İttifaq yalnız ortada etibarlılıq varsa həyata keçər. Trump ilə də belə bir etibarı təsis etmək istəyirəm", - deyə bildirib. Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) həftəsonu keçiriləcək sammitinə qatılmaq üçün Peruya səyahət etmədən əvvəl New Yorka gedəcək olan Abe bu açıqlamanı versə də, görüşün harada və necə baş tutacağı qeyri-müəyyənliyini qoruyur.
Yığıncağın yeri və vaxtı bəlli deyil. Yapon və ABŞ rəsmiləri verdikləri açıqlamalarda Xarici İşlər Nazirliyinin danışıqlara daxil olmadığını və normalda bir neçə həftə əvvəlcədən həll edilməsi lazım olan məntiqi detalların təyin olunmadığını ifadə edib. Yığıncağın keçirilməsinə keçən həftə qərar verilərkən, Trump və məsləhətçiləri yeni hökumətdə kimlərin olacağını təyin etmək üzrə ardıcıl etdikləri görüşlərlə məşğuldurlar. Hər nə qədər dünya liderləri regional sammitlərdə son dəqiqələrdə nizamlanmış yığıncaqlarda bir araya gəlsələr də, yüksək dərəcəli bir xarici liderin ABŞ-da son dəqiqə iclası keçirdiyinə tez-tez rast gəlinmir.
Xarici İşlər Nazirliyi sözçüsü John Kirby də bildiyi qədəriylə Trumpın komandasının, hökumətin keçidi və ya xarici liderlərlə görüş haqqında məlumat almaq üçün nazirliklə əlaqə saxlamadığını söyləyib.
Bu cür qeyri-müəyyənlik Trumpın sərbəst gəzən bir iş adamından möhkəm bir təqvimə bağlı prezidentə keçid prosesinin və vəzifəyə başlayacağı 20 yanvar etibarilə komandasının tam olaraq iş görməsinin çətin olacağını göstərir. Trumpın məsləhətçiləri onun seçki boyunca verdiyi vədlərdən ötəri narahat olan Asiya ölkələrini sakitləşdirmək üçün Abe ilə keçirəcəyi görüşdən istifadə edəcəklərini ifadə edib.
Trump ilə Abe arasında sərbəst ticarət mövzusu ilə bərabər, Yaponiyadakı ABŞ əsgərlərinin vəziyyəti kimi bəzi mövzularda fikir ayrılığı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun