21 Dekabr 2016
Mətni dəyiş
Almaniyanın "Borussiya" (Münhenqladbax) futbol klubu baş məşqçi Andre Şubertlə yollarını ayırıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib.
Səbəb kimi uğursuz nəticələr göstərilib. A.Şubert 2015-ci ilin sentyabrından komandaya başçılıq edirdi.
Xatırladaq ki, "Borussiya" hazırda 16 oyundan 16 xalla 14-cü pillədə qərarlaşıb.