Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR
8 Dekabr 2016
Mətni dəyiş
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilin son oyunları E, F, G və H qruplarında keçirilib.
E qrupunda ilk iki pillənin sahibləri “Bayer” və “Monako” öz aralarında formal matça çıxıblar. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Tottenhem” – MOİK görüşü Avropa Liqasına yollanacaq komandanı müəyyənləşdirib. İngilisləri evdə qalib gələrək hədəfə çatıblar.
F qrupunda “Real”la Dortmund “Borussiya”sı “Santyaqo Bernabeu”da qrup liderini müəyyən ediblər. Rəqibindən 2 xal öndə olan almanlara Madriddə heç-heçə də bəs edib - 2:2. “Legiya” isə “Sportinq”i xalsız qoyaraq Avropa Liqasında çıxış etməyə haqq qazanıb.
G qrupunu zirvədə tamamlayan “Lester” “Porto”nun qonağı olub. Ehtiyat qüvvəni meydana buraxan ingilislər darmadağına üzülüblər - 0:5. “Kopenhagen” isə “Brügge”ni səfərdə məğlub edib.
“Yuventus” H qrupunu lider kimi başa vurub. Xal üzünə həsrət qalan Zaqreb “Dinamo”sunu qəbul edən Turin təmsilçisi rəqibinə şans verməyib. Lion” – “Sevilya” matçında isə hesab açılmayıb vəbu nəticə ispanları növbəti mərhələyə çıxarıb.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
7 dekabr
E qrupu
“Bayer” (Almaniya) – “Monako” (Fransa) - 3:0
Qollar: Yurçenko, 30, Brandt, 48, De Sanktis, 82 (öz qapısına)