16 Dekabr 2016
Mətni dəyiş
Futbol üzrə Çin çempionatında mübarizə aparan "Hebey Çayna Forçun" klubu "Barselona"nın (İspaniya) argentinalı forvardı Lionel Messiyə illik əmək haqqı 100 milyon avro olmaqla 5 il müddətinə müqavilə təklif etmək niyyətindədir.
Bu barədə İspaniyanın "AS" qəzeti yazıb.
Əvvəl "Barselona"nın 29 yaşlı argentinalı ilə müqavilənin uzadılmasına dair danışıqlar apardığı və öz hücumçusuna ildə 35 milyon avro təklif etməyə hazır olduğu bildirilirdi.