“Formula-1”in Bakı mərhələsinin adı və tarixi dəyişdirilib
1 Dekabr 2016
Mətni dəyiş
Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FİA) Vyanada baş tutmuş Baş Assambleyasında maraqlı qərarlar verilib. Bu qərarların içində Azərbaycanla bağlı olanlar da var.
Belə ki, ötən il ilk dəfə ölkəmizdə baş tutmuş “Formula-1” üzrə Avropa Qran-Prisinin adı və tarixi dəyişdirilib. Mötəbər yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran-Prisi adlanacaq.
Bundan əlavə, turnirin Bakı mərhələsi ötən ildən fərqli olaraq iyunun 19-da deyil, 25-də keçiriləcək.
Almaniya Qran-Prisi siyahıdan çıxarıldığı üçün “Formula-1” 2017-ci il çempionatı 20 mərhələdən ibarət olacaq. Mövsümə martın 26-da Melburnda Avstraliya Qran-Prisi ilə start veriləcək. Çempion isə düz 9 ay sonra, noyabrın 26-da Abu-Dabidə bəlli olacaq.