6 Dekabr 2016
Mətni dəyiş
Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Cənubi Amerika Kubokunun yeni sahibini rəsmən açıqlayıb.
"Report"un CONMEBOL-un rəsmi saytına istinadən məlumatına görə, çempionluq Kolumbiyada təyyarə qəzasında futbolçu və məşqçilərini itirən "Şapokeonse" klubuna verilib.
Bu addım digər finalçı "Atletiko Nasional"ın müraciəti müsbət qarşılandıqdan sonra atılıb. Beləliklə, tarixində ilk dəfə Cənubi Amerika Kuboku "Şapokeonse"nin muzeyinə aparılacaq.
Qeyd edək ki, noyabrın 28-də baş vermiş qəzada təyyarədə olan 81 nəfərdən 77-si dünyasını dəyişib. Onlardan 22-si "Şapokeonse" klubunun futbolçuları olub.