3 Dekabr 2016
Mətni dəyiş
Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında XIII turun oyunları keçiriləcək. Turun mərkəzi görüşü Mançesterdə keçiriləcək - "Mançester Siti" Londonun "Çelsi" klubunu qəbul edəcək.
Bu görüşün nəticəsinə əsasən Premyer Liqanın lideri müəyyənləşəcək. Hazırda 31 xalla siyahıya başçılıq edən Antonio Kontenin komandası səfər qələbəsi sayəsində 1-ci pillədəki mövqeyini möhkəmləndirəcək. Xosep Qvardiolanın "şəhərlilər"i isə 30 xalla "Liverpul"la 2-3-cü pillələri bölüşür.
Mançester təmsilçisi isə bu gün qələbə qazanacağı və sabah "Liverpul" "Bornmut" səfərində xal itirəcəyi təqdirdə birinciliyi ələ keçirəcək.
"Mançester Siti" - "Çelsi" oyunu Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Sabah keçiriləcək "Bornmut" - "Liverpul" oyunu isə saat 17:30-da start götürəcək.