Milli komandamızın yarımmüdafiəçisi Budaq Nəsirovun yeni klubunun adına aydınlıq gəlib.
Müqavilə ilə "Sumqayıt" klubuna məxsus olan Budaq Nəsirov karyerasını Portuqaliyada davam etdirəcək.
"Sportinq" klubu 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.
Sonuncu mövsümü "Kəpəz"də keçirən gənc futbolçu Lissabon təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
Budaq Nəsirov bu komandada 86 nömrəli formada çıxış edəcək.
“Sportinq” son mövsüm Portuqaliya çempionatında gümüş medal qazanıb və Çempionlar Liqasında mübarizə aparacaq.