Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
Son Azərbaycan çempionu "Qarabağ" Avropanın bir nömrəli futbol turnirində növbəti matçına çıxıb. Qurban Qurbanovun yetirmələri Çexiyanın Plzen şəhərinin təmsilçisi "Viktoriya"nın qonağı olub. 90 dəqiqə ərzində tərəflər böyük səylə çalışsalar da, yekunda qapılara qol vurulmayıb : 0-0.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək.