Avroliqanın və Çempionlar Liqasının püşkü atıldı

Avroliqanın və Çempionlar Liqasının püşkü atıldı
5 Avqust 2016
Mətni dəyiş
İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın baş ofisində keçirilən püşkatma mərasimində Avropa Liqasının play-off mərhələsində qarşılacaq komanlar müəyyənləşdi. Təmsilçilərimiz "Qarabağ" və "Qəbələ"nin də aralarında olduğu 44 komandadan 22-si qrup mərhələsində yarışmağa haqq qazanacaqlar. Püşkatmanın nəticələrinə görə "Qarabağ" İsveçin  "Göteborg",  "Qəbələ" isə Sloveniyanın "Maribor" komanları ilə qarşılaşacaqlar.
Püşkatmanın bütün nəticələri ilə tanış olun.
avroliqa
avroliqa
Play-offun avqustun 18-də baş tutacaq ilk oyunlarında “Qəbələ” və “Qarabağ” səfərdə oynayacaq. Cavab matçları avqustun 25-də baş tutacaq.
Çempionlar Liqasının play-off mərhələsinin püşkatma nəticələri isə belədir:
Ludoqorets” (Bolqarıstan) - “Viktoriya” (Çexiya)
“Seltik” (Şotlandiya) - “Hapoel” (Beyer-Şeva, İsrail)
“Kopenhagen” (Danimarka) - APOEL (Kipr)
“Dandalk” (İrlandiya) - “Legiya” (Polşa)
“Dinamo” (Xorvatiya) - “Zalsburq” (Avstriya)
“Styaua” (Rumıniya) - “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Roma” (İtaliya)
“Ayaks” (Hollandiya) - “Rostov” (Rusiya)
“Yanq Boyz” (İsveçrə) - “Borussiya” (M, Almaniya)
“Vilyarreal” (İspaniya) - “Monako” (Fransa)
Xatırladaq ki, Çempionlar Liqasının play-off mərhələsini keçmək üçün ilk oyunlar 16-17 avqustda, cavab qarşılaşmaları isə 23-24 avqustda keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun