20 Avqust 2016
Mətni dəyiş
Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə yarışlara start verilib.
Mübarizəyə 1/8 finaldan başlayan Hacı Əliyev 1/4 finalda məğlub olub. Lakin güləşçimizin məğlub olduğu Vladimir Xinçeqaşvili (Gürcüstan) final mərhələsinə qədər irəliləyə bildiyindən, Hacı bürünc medal uğrunda görüşlərə qatılıb.
Hacı Əliyev yığmamıza 11-ci medalı qazandırmaq üçün çıxdığı görüşdə bolqarıstanlı Vladimir Dubovu mübarizədən kənarlaşdıraraq bürünc medalın sahibi olub.