Azərbaycan idmançıları Rio Olimpiyadasında daha 3 medal qazanıb

Azərbaycan idmançıları Rio Olimpiyadasında daha 3 medal qazanıb
22 Avqust 2016
Mətni dəyiş
Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında Avqustun 21-də Azərbaycan daha işi medal qazanıb. 
Belə ki, Azərbaycan güləşçisi Toğrul Əsgərov final görüşünü keçirib. 65 kq çəki dərəcəsində mübarizə aparan milli idmançı finalda Rusiya təmsilçisi Soslan Ramonov ilə güləşib. Bunadək bütün rəqiblərini məğlub edən Toğrul Əsgərov bu dəfə qələbə qazana bilməyib. Rus güləşçi Toğrul Əsgərovu 11:0 hesabı ilə məğlub edib.
Digər görüşdə isə milli güləşçisi Xetaq Qazyumov final oyununu keçirib. 97 kq çəki dərəcəsində mübarizə aparan Qazyumov finalda son dünya çempionu, ABŞ təmsilçisi Frederik Kayl Sneyder  ilə güləşib. Bunadək bütün rəqiblərini məğlub edən Xetaq Qazyumov bu dəfə qələbə qazana bilməyib. Birləşmiş Ştatlar təmsilçisi milli oyunçumuz üzərində 2:1 hesabı ilə qələbə qazanıb. (Ardı aşağıda)
[caption id="attachment_5969" align="alignnone" width="4392"]Photo: Christian Petersen/Getty Images Photo: Christian Petersen/Getty Images[/caption]
Azərbaycana daha bir medalı isə milli boksçu gətirib. Azərbaycan boksçusu Lorenzo Sotomayor avqustun 21-də final görüşünü keçirib.  64 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Özbəkistan təmsilçisi Fazliddin Qaybnəzərov ilə qarşılaşıb. Lorenzo Sotomayor bu dəfə qələbə qazana bilməyib, özbəkistanlı idmançı 2:1 hesabı ilə çempion olub. Azərbaycan idmançısı isə gümüş medal qazanıb.
Bununla da, Azərbaycan komandası daha 3 gümüş medal qazanıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun