Azərbaycan millisindən qovulan idmançı Olimpiya çempionu oldu - foto
11 Avqust 2016
Mətni dəyiş
Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub. APA-nın məlumatına görə, N. Rəhimov 77 kq çəki dərəcəsində olimpiya çempionu olub.
Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd Mahmudu geridə qoyub. N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.
Qeyd edək ki, 2013-cü ildə Nicat Rəhimov bolqar baş məşqçisindən şikayət etdiyinə görə Azərbaycan milli komandasından qovulub. O iddi edirdi ki, məşqçi millinin üzvlərinə dopinqli dərmanlar verir və onları qəbul etməyə məcbur edir.
O, bundan sonra 2014-cü ildə Azərbaycanı tərk edib və Qazaxıstan vətəndaşı olaraq, Qazaxıstan adından yarışmalara qatılıb.
Reuters Agentliyinin çəkdiyi fotoları təqdim edirik.