23 Avqust 2016
Mətni dəyiş
Avropa Liqasının play-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”, avqustun 25-də İsveçin “Göteborg” klubu ilə qarşılaşacaq. Bu matçda “Qarabağ”ın qalib gəlməsi yalnız futbolçulardan deyil, həm də azarkeşlərdən asılıdır.
“Qarabağ” klubundan bildirilib ki, onlar qarşıdakı matçda da azarkeşlərin tribunaları doldurub komandaya dəstək olacaqlarına əmindirlər.
Xatırladaq ki, “Qarabağ” səfərdə keçirilən ilk matçda 0:1 hesabı ilə uduzub. Qrup mərhələsinə adlamaq üçün "ağ-qaralar" ən az 2 top fərqi ilə qalib gəlməlidir.