4 Avqust 2016
Mətni dəyiş
Türkiyədə yaşayan azərbaycanlı basketbolçu Orxan Hacıyev növbəti dəfə komandasını dəyişib. 2015-2016 mövsümündə "Acıbadem" komandasında çıxış edən 26 yaşlı hücumçu "Galatasaray"ın formasını geyinəcək.
"Sarı-qırmızılılar" 203 sm boyu olan basketbolçu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Orxan Hacıyev karyerası ərzində "Pertevinyal", "Türk Telekom", "Aliağa Petkim" və "Uşak Sportif" komandalarında oynayıb.