29 Avqust 2016
Mətni dəyiş
Türkiyə Superliqasının ikinci turunda “Fenerbahçe” öz meydanında “Kayserispor”u qəbul edib.
Millimizin sabiq üzvü Ufuk Budak "sarı-qırmızılı" komandanın heyətində “Şükrü Saracoğlu”da "Fenerbahçe"yə qarşı mübarizə aparıb.
82-ci dəqiqədə meydana daxil olan Ufuk, 90-cı dəqiqədə komandasının hesabda önə keçirib - 3:2.
Lakin matça əlavə edilən üçüncü dəqiqədə “sarı-lacivərdlilər” heç-heçəyə nail olublar.
Bu hesabdan sonra hər iki komanda hərəyə 1 xal toplayaraq, liqanın sonuncu sıralarında qərarlaşıb.