16 Avqust 2016
Mətni dəyiş
Topaz Premyer Liqasında 3-cü turun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə məlumatı Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev verib.
Buna səbəb I divizion təmsilçisi “Zaqatala” klubunun düşərgəsində baş verən ölüm hadisəsidir.
Belə ki, yenidən kollektivə qayıdan nigeriyalı futbolçu Maykl Umanyika komandanın dünənki məşqi zamanı dünyasını dəyişib. Bu səbəbdən də PFL-in təşəbbüsü ilə çempionatın həftəsonu keçiriləcək 3-cü turunun bütün qarşılaşmalarından öncə bir dəqiqəlik sükut olacaq.
Qeyd edək ki, 3-cü turda “Zirə” - AZAL, “İnter” - “Kəpəz” (19 avqust), “Qarabağ” - “Neftçi” (20 avqust) və “Qəbələ” - “Sumqayıt” (21 avqust) matçları baş tutacaq.