3 Avqust 2016
Mətni dəyiş
Çempionlar Liqası ilə vidalaşan təmsilçimiz “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq.
Avropa Liqasında qruplara qalmaq üçün sonuncu səddi aşmalı olan Ağdam klubunun dörd potensial rəqibi bəlli olub.
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandıran “Dinamo” (Gürcüstan), BATE Borisov (Belarus), “Rosenborg” (Norveç) və Serbiyanın “Crvena Zvezda” komandaları ilə qarşılaşa bilər.
Qeyd edək ki, “Qarabağ”ın digər potensial rəqibləri Çempionlar Liqasının III təsniaft mərhələsinin bu gün baş tutacaq cavab oyunlarından sonra bilinəcək.