26 Avqust 2016
Mətni dəyiş
"Qarabağı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün daha yaxşı ididlər. Qələbəyə layiq idilər. “Qarabağ”ın çox keyfiyyətli futbolçuları var. Oyun yaxşı başlamışdıq. Lakin künc zərbəsindən qapımızda qol gördük. Bundan sonra oyunumuz alınmadı".
Bu sözləri "Göteborg"un baş məşqçisi Jörgen Lennartsson Avropa Liqasının play-off mərhələsində "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
-Ot örtüyü oyununuza təsir etdi?
- Bu barədə heç nə deyə bilmərəm. Hər iki komanda üçün şərtlər eyni idi.
- Dünən yaxşı əhval-ruhiyyədə idiz? İndi necəsiz?
- Məğlub olduğumuza görə üzgünəm. Amma yaxşı komandaya məğlub olduq.
- Oyundan əvvəl belə nəticə gözləyirdiz?
- Ümid edirdik ki, növbəti mərhələyə biz keçəcəyik. Amma erkən vurulan 2 qol oyunumuza təsir etdi. "Manchester United"lə düşsəz, onları udarsız.