17 Avqust 2016
Mətni dəyiş
Azərbaycanın yunan-roma güləşçisi Rəsul Çunayev Rio-2016 Olimpya Oyunlarında bürünc medal qazanmağı bacarıb.
Çunayev rəqibi Cənubi Koreyalı Ryu Xan Su üzərində qələbə qazanaraq bürünc medal əldə edib.
Xatırladaq ki, Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki oyunlarla müqayisədə daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunur.
Olimpiada tarixində ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.