1 Avqust 2016
Mətni dəyiş
"Real Madrid" klubunun ulduz futbolçusu Karim Benzema UEFA superkubokunda "Sevilya" ilə keçiriləcək matçı buraxa bilər.
Klub həkimlərinin açıqlamalarına görə fransalı hücumçu ombasından zədələnib.
Xatırladaq ki, avqustun 9-u keçiriləcək "Sevilya" - "Real" oyununda Benzemadan əlavə portuqaliyalı ulduz Cristiano Ronaldonun da iştirak edə bilməyəcəyi açıqlanıb.