8 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq qapıçısı Emil Balayev "Qarabağ"ın düşərgəsində yer alıb.
Gənc qapıçı formasını itirməmək üçün Ağdam klubunun hazırlığına qatıldığı bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan çempionuna keçidinin gündəmdə olması ilə bağlı deyil:
"Sadəcə, formamı saxlamaq üçün "Qarabağ"la birgə məşq edirəm. Sağ olsun baş məşqçi Qurban Qurbanov, buna imkan yaratdı. Hər halda, fərdi məşqlə klubun hazırlığı eyni deyil. Bunadək millimizin qapıçılarla işləyən əşqçisi Faiq Əzizlinin yanında məşq edirdim. Sərbəst futbolçu olduğumdan "transfer pəncərəsi"nin bağlanması mənim üçün problem deyil. Yəni istənilən vaxtda yeni kluba keçə bilərəm. Hələ ki real təklif yoxdur. Onu gözləyirəm".
Yenidən legioner həyatı yaşamağı arzulayan Balayev karyerası daha çox bağlı olduğu "Neftçi"nin heyətində ölkə çempionu, kubokun qalibi olub. Onun son klubu 2014-16-cı illərdə Almaniyada "Ayntraxt" olsa da, Frankfurt təmsilçisində rəsmi debütü başa tutmayıb. Emil alman klubundan ayrılandan sonra xeyli müddətdir klubsuzdur.