14 Sentyabr 2016
Mətni dəyiş
FİFA növbəti dəfə Azərbaycan klubunu ağır şəkildə cəzalandırıb.
FİFA tərəfindən verilən qərara görə, “Rəvan” klubunun xalları silinib.
Bununla bağlı qərarı FİFA-nın Nizam-İntizam Komitəsi verib. Ali futbol qurumunun 22.08.2016-cı il tarixində AFFA-ya göndərdiyi məktubda yazılıb ki, “Rəvan”la sabiq futbolçusu Miloş Adamoviç arasında bağlanmış müqavilə şərtlərinə klub riayət etməyib. Bu səbəbdən I divizion iştirakçısının cari mövsüm aktivindən 3 xal silinməsi qərara alınıb.
Qeyd edək ki, I divizionda 2016/17 mövsümünün cəmi 1 turu geridə qalıb. İlk turda məğlubiyyətə düçar olan “Rəvan” mübarizəni -3 xalla davam etdirəcək.