1 Sentyabr 2016
Mətni dəyiş
Ardıcıl ikinci mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qəbələ” heyətini yeni hücumçu ilə gücləndirib.
“Qırmızı-qaralar” 25 yaşlı hücumçu Ruslan Qurbanovla 2 illik müqavilə imzalayıb.
Hazırda Azərbaycan milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə səfər matçına hazırlaşan Ruslan 2015-ci ildə debüt etdiyi yığmada 11 matç keçirib.
Qeyd edək ki, daha əvvəl o, U-21 millisinin də şərəfini qoruyub.