21 Yanvar 2017
Mətni dəyiş
Sabiq referi Pierluigi Collina'ya yeni vəzifə verilib.
Qol.az-ın İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, FİFA Hakim Departamentinə sədrlik edəcək. P.Collina ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib.
Eyni zamanda UEFA Hakim Komitəsində də çalışan Collina 6 dəfə (1998 - 2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi sayılıb. O, 2005-ci ildə hakimlik karyerasını başa vurub.