6 Yanvar 2017
Mətni dəyiş
“Qarabağ" 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib.
Abzas.net xəbər verir ki, "İnter"dən ayrılan, Azərbaycan milli komandasının üzvü Ağabala Ramazanovla 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.
Ağabala Ramazanov bu gün komandamızın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.
Xatırladaq ki, bundan əvvəl "Qarabağ" "Neftçi"dən Elşən Abdullayevi heyətinə qatıb.