Bu ilin ilk 9 ayında vergi daxilolmaları 6%-dən çox artıb.
Abzas.net xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi məlumat verib.
2017-ci ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 5 224 482 900 manat məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1% əməl olunub.
Bu məbləğin ötən ilin ilk 9 ayı ilə müqayisədə 298 297 900 manat yaxud 6,06% çox olduğu bildirilir.