Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək.
Bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Sənəddə deyilir ki, gələn il dünya bazarında neftin qiymətinin 50 dollar/barel ətrafında dəyişəcəyi proqnozlaşdırılır.
Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur.