Avropa Liqasının qrup mərhələsinin oyununa azərbaycanlı hakim təyinat alıb.
Azbas.net xəbər verir ki, azərbaycanlı hakim Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununa hakimlik edəcək.
Zeynal Zeynalov və Rza Məmmədov yan hakim funskiyasını yerinə yetirəcək. Əlavə köməkçi hakimlər qismində Rəhim Həsənov və Orxan Məmmədov iştirak edəcək. Mübariz Həşimov isə dördüncü hakim olacaq.
Oyun 19 oktybarda keçiriləcək.