“Azərbaycanda kreditləşmə prosesi zəiflədiyi üçün kommersiya banklarının faiz gəlirlərinin azalması təbiidir”.
“Əvvəllər banklar ciddi yoxlamalar aparmadan müraciət edən hər bir şəxsə kredit verirdi. Artıq banklar vətəndaşdan həm iş yerindən arayış tələb edirlər, həm də onun ödəmə qabiliyyətini yoxlayaraq pul təklif edirlər. Eyni zamanda problemli kreditlərinin həcminin artması ilə əlaqədar kommersiya banklarının faiz gəlirlərinin azalır”, - deyə ekspert bildirb.
Qeyd edək ki, əgər yanvar ayında ümumi kredit portfeli 16 milyard 705 milyon manat idisə, bu rəqəm sentyabrda 12 milyard 376 milyon manata qədər azalıb. Yalnız bu ilin 8 ayında Mərkəzi Bankın rəsmi statistikasına əsasən ümumi kredit portfeli 4 milyard 329 milyon manat azalıb.
Eyni zamanda problemli kreditlərin sayı və həcmi artıb. Əgər ötən ilin dekabr ayında problemli kreditlərin həcmi 1 milyard 472 milyon manat idisə, bu rəqəm sentyabrın əvvəlində 1 milyard 824 milyon manat artıb.
V.Bayramov deyir ki, bu 8 ay ərzində problemli kreditlərin həcmi 352 milyon manat artması deməkdir: “Bu arzuolunan proses deyil. Problemli kreditlərin həcminin artması və ümumi kredit portfelinin azalması həm bankların bu sahəyə marağının azalmasına, həm də zəifləməsindən xəbər verir. Bu proses kommersiya banklarının siyasətini zəiflədir”.