"Schneider Elektrik Sanayi ve Ticaret A. Ş."-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Abzas.net xəbər verir ki, Fransa şirkətinin Azərbaycan bazarını tərk etməsi barədə məlumat "Vergilər" qəzetinin xüsusi buraxılışında dərc olunub.
"Schneider Electric" şirkəti 1836-cı ildən etibarən fəaliyyət göstərir və hazırda dünyanın ən iri sənaye şirkətlərindən biridir.