Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "İnter" Bakı futbol klubunun adı dəyişib.
Abzas.net xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) saytında məlumat yayılıb.
Məlumatda bildirilir ki, “İnter” Peşəkar İdman Klubu bundan sonra “Keşlə” Peşəkar Futbol Klubu adlanacaq. Klub bununla bağlı bütün sənədləri PFL-ə təqdim edib.
"Keşlə" PFK yeni adla bu gün ilk sınağına çıxacaq. Klub saat 15:00-da "İnter Arena"da "Kəpəz"i qəbul edəcək.