"Kayserispor”da Robert Prosineçkinin köməkçisi olan Alp Çağlar Türkiyə mətuatına maraqlı açıqlamalar verib.
Abzas.net xəbər verir ki, o, xorvatiyalı mütəxəssisin bu gün Azərbaycan millisindən ayrılacağını bildirib:“Bursaspor” istəyərkən AFFA ona icazə vermədi. Prosineçki istəsə, tərk edə bilərdi. Amma o, heç zaman münasibətlərin pis olmasını istəmədi və bu səbəbdən Azərbaycanda qaldı. İndi isə müqaviləsi bitir. Bu gün Bakıya gedəcək və millidən ayrılacaq. Bakıdakı işlərini görüb rəsmi şəkildə sözləşməsini bitirəcək”.
Çağlar “Trabzonspor”un Prosineçkini əsəbiləşdirdiyini deyib: “Trabzonspor” prezidenti Muharrem Usta AFFA rəsmilərindən birinin köməyi ilə Prosineçki ilə danışdı. O, xorvatiyalı mütəxəssisə “çərşənbə günü Türkiyəyə gəl və cümə axşamı da məşqə çıx” deyib. Prosineçki də mən belə tələsik iş görmürəm deyib. Üz-üzə görüşmələrini istəyib. Bunları deyib əsəbiləşib və Trabzon təmsilçisi ona menecerlər vasitəsilə çıxmağa çalışır”.